Ehtiram Şahverdiyev "Sumqayıt"da

"Sumqayıt" mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb. FutbolPlanet.Az xəbər verir ki, "kimyaçılar" U-21-in əsas üzvü olan Ehtiram Şahverdiyevlə 2,5 illik müqavilə imzalayıb. "Qəbələ"nin yetirməsi olan 1996-cı il təvəllüdlü futbolçu yeni klubunda 77 nömrəli formanı geyinəcək.